Gəncədə əl qumbarası tapılıb

Gəncədə əl qumbarası tapılıb
  01 Fevral 2021    Oxunub:2278
Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Qurumdan Azvision.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

ANAMA Vyetnamla əməkdaşlığı müzakirə edib - FOTOLAR
Agentliyin mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunmuş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən 1-31 yanvar tarixlərində Tovuz, Goranboy, Qazax rayonları və Gəncə şəhəri ərazisində yol kənarına, məişət tullantıları sahəsinə, əkin və otlaq sahəsinə baxış keçirilib, 11 ədəd partlamamış hərbi sursat (PHS), 3 min 264 ədəd müxtəlif çaplı patron zərərsizləşdirilib, 800 kv.m ərazi yerüstü, 60 kv.m əraziyə isə yeraltı yoxlanılıb.

Azvision.az


Teqlər: ANAMA   Qumbara  





Xəbər lenti