Tələbələrin köçürülməsinə başlanılır

   Tələbələrin köçürülməsinə başlanılır
  01 Fevral 2021    Oxunub:4012
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

UUK: "Miqrasiya məhdudiyyətləri Britaniyanın təhsil nüfuzuna zərbədir"
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.

Azvision.az


Teqlər: Tələbə   Təhsil   Köçürülmə  





Xəbər lenti