Məktəblərdə əyani tədris bərpa olunur

   Məktəblərdə əyani tədris bərpa olunur
  01 Fevral 2021    Oxunub:3851
Bu gündən təhsil müəssisələrində əyani tədris bərpa olunur.
Azvision.az xəbər verir ki, fevralın 1-dən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkilinə başlanılır.

İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır.

İbtidai siniflər üzrə 628 min 651 şagird, məktəbəhazırlıq qruplarında 103 min 604 uşaq əyani olaraq dərslərə başlayacaq. Həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında 9 min 207 uşaq tədrisi ənənəvi olaraq davam etdirəcək.

Qeyd edək ki, fevralın 1-dən sonrakı müddətdə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə qərar veriləcək.

Azvision.az


Teqlər: Məktəb   Dərs   Təhsil  





Xəbər lenti