Nazir şənbə günü məsələsinə aydınlıq gətirdi

  Nazir şənbə günü məsələsinə aydınlıq gətirdi
  30 Yanvar 2021    Oxunub:3525
Şənbə günü dərsə gələn məktəblilərlə bağlı böyük problem olmur. Çünki məktəblilərin əksəriyyəti dərsə ictimai nəqliyyatdan istifadə edərək gəlmir. Onların 80 faizi piyada gəlir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.

Müəllimlərin şənbə günü məktəbə gəlməsinə ilə bağlı nazir bildirib: “Məktəb direktorları vasitəsilə məsələ tənzimlənə bilər. Yaxın ərazidə yaşayan və ya özünün nəqliyyat vasitəsi olanlar şənbə günü məktəbə gələ bilərlər. Lakin şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı çox azdır”.

Qeyd edək ki, şənbə və bazar günləri ölkə ərazisində ictimai nəqliyyat işləmir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb   Dərs  





Xəbər lenti