“Müəllimlərin vaksinasiyada iştirakı vacibdir” - Rəsmi açıqlama

   “Müəllimlərin vaksinasiyada iştirakı vacibdir” -    Rəsmi açıqlama
  30 Yanvar 2021    Oxunub:3894
Müəllimlərin COVID-19-la bağlı kütləvi testdən keçirilməsindən söhbət gedə bilməz. Test sipmtomlar varsa və ya xəstə ilə təmasda olan şəxs olarsa, əmin olmaq üçün edilir. Kütəvi testləşmə məktəbdə yoluxma halı çox olarsa, həyata keçirilir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib. O bildirib ki, vaksinasiya yaşa bağlı olan məsələdir.

“50 yaşdan yuxarı şəxslərin mərhələli şəkildə vaksinasiya olunması nəzərdə tutulur. Bu, könüllü olacaq. Müəllimlərimizdən xahiş edirəm ki, məsələyə elmi yanaşaq. Müəllimlərimizi vaksin əleyhinə olan insanlar kimi deyil, buna xilasedici alət kimi təşviq edənlər kimi görürəm.

Mən özüm şəxsən vaksinasiya olunmağımın tərəfdarıyam və tezliklə etdirmək istəyirəm. Müəllimlərin vaksinasiyada aktiv iştirakı olduqca vacibdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim   Vaksin  





Xəbər lenti