“Diplomlarla bağlı həmişə problemlər olub” - Təhsil naziri

   “Diplomlarla bağlı həmişə problemlər olub” -    Təhsil naziri
  30 Yanvar 2021    Oxunub:3310
"Azərbaycanda diplom məsələsi kifayət qədər həssasdır. Diplomlarla bağlı həmişə xeyli problemlər olub".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib. Nazir bildirib ki, hazırda bununla bağlı müəyyən problemlər yaşanır.

“Bəzi insanlar xaricdə qanuni yolla təhsil alsa da, təəssüf ki, bəziləri qanunları pozur. Amma biz çalışırıq ki, bu məsələlərə vaxtında baxaq", - deyə nazir bildirib.

E.Əmrullayev qeyd edib ki, ali təhsil keyfiyyətli olmalıdır: “Təkcə diplom deyil, əsas səriştədir. Distant təhsillə bağlı təhsilin keyfiyyətini təmin edən mexanizləri təmin edəndən sonra diplomların tanınmasına baxıla bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazir   Diplom  





Xəbər lenti