“Bu məktəblərdə həftədə 5 dəfə dərs keçmək alınmır”

   “Bu məktəblərdə həftədə 5 dəfə dərs keçmək alınmır”
  30 Yanvar 2021    Oxunub:3575
Bəzi məktəblərdə pandemiya şəraitində yer problemi yoxdur. Uşaqların 5 gün ərzində məktəbə gəlməsini təmin etmək olar, sıxlıq müşahidə edilmir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bəzi hallarda Bakının ətraf kəndlərində, Abşeron rayonunun Xırdalan şəhəri və Masazır qəsəbəsində məktəblərdə sıxlıq müşahidə edilir.

“Bu məktəblərdə həftədə 5 dəfə dərs keçmək alınmır. Yalnız ibtidai siniflər ənənəvi tədrisə qayıdanda sıxlıq olmur. Lakin V-IX siniflər məktəbə gələndə artıq sıxlıq müşahidə edilir. Bu siniflərin ənənəvi tədrisə qayıtması ilə bağlı Operativ Qərargahla müzakirələr gedir. Növbəti həftə bununla bağlı açıqlama olacaq”.

Azvision.az


Teqlər: Məktəb   Dərs   Müəllim  





Xəbər lenti