“Vətən müharibəsi bizə çox şey öyrətdi” - Emin Əmrullayev

 “Vətən müharibəsi bizə çox şey öyrətdi” -   Emin Əmrullayev
  30 Yanvar 2021    Oxunub:2965
Vətən müharibəsi bizə çox şey öyrətdi. Qələbəmizin hər anını addım-addım şagirdlərimizə və tələbələrimizə öyrətməliyik ki, bir daha heç bir mənfur qüvvə Azərbaycana qarşı qalxmağa cürət etməsin.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşü zamanı deyib.

E.Əmrullayev bildirib ki, güclü dövlət qurmağın yolu həm də təhsildən keçir.

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qələbəsini tədrisə inteqrasiya etmək məqsədilə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilib. Artıq “Qələbə dərsləri” adı altında müxtəlif fənn və sinifləri əhatə edən mövzular hazırlanaraq Təhsil İnstitutunun rəsmi səhifəsində yerləşdirilib. Müəllimlər bu mövzuları virtual dərslərdə keçirlər. Həmçinin teledərslərdə də qələbəyə həsr olunan süjetlər hazırlanıb", - deyə nazir vurğulayıb.

Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti