Gənc bəstəkar “Dədə Qorqud” baleti yazıb
Gənc bəstəkar onu da vurğuladı ki, bu gün onun ən böyük arzusu 2021-ci ildə “Dədə Qorqud” baletini səhnələşdirilməsinə nail olmaq və bu baleti Azərbaycan xalqı ilə yanaşı bütün türk dünyasına təqdim etməkdir. Türk xalqlarının ortaq mənəvi sərvəti kimi mədəniyyətimizdə yer alan “Dədə Qorqud” dastanı əsasında yazılmış eyniadlı “Dədə Qorqud” baleti Türkiyə-Azərbaycan qardaşılığına bir töhfə kimi tarixə keçəcək.
Qeyd edək ki, bəstəkar İlahə Qismət (İlahə İsmət qızı İsrafilova)1993-cü ildə Bakı şəhərində anadan olub. İlk orta və musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, isə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasın bəstəkarlıq fakültəsinin bakalavr və magist pillələrini fərqlənmə diplomu ilə bitirib. Bəstəkarlıq ixtisası üzrə görkəmli şəxsiyyət, xalq artisti, professor, dahi bəstəkar Arif Məlikov, əməkdar incəsənət xadimi, BMA-nın “Bəstəkarlıq” fakültəsinin rəhbəri Aydın Əzimovdan sənət dərsləri alıb. 2017-ci ildə dünyaşöhrətli bəstəkar Firəngiz Əlizadənin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib, hazırda “Gənclərlə iş” bölməsinə rəhbərlik edir.
Hazırda BMA-nın doktorantı olan İ.Qismət həm də 2017-ci ildən xalq artisti Zümrüd Məmmədova ilə təsis etdiyi “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin sədridir. Respublika və beynəlxalq müsabiqələr laureatı, çoxsaylı layihələrin müəllif olan gənc bəstəkar 2019-cu ildə Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”, Mədəniyyət Nazirliyinin “Yaradıcı gənclər” mükafatları ilə təltif olunub.
Teqlər: Balet Dədə-Qorqud