“Magistr” jurnalının 1 saylı buraxılışı nəşr olundu

“Magistr” jurnalının 1 saylı buraxılışı nəşr olundu
  29 Yanvar 2021    Oxunub:3156
Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” xüsusi buraxılışının 1 ci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap edib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, jurnalı DİM-in Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.



Azvision.az


Teqlər: DİM   Magistr   Jurnal  





Xəbər lenti