“Yeddi gözəl” baleti Moskvada nümayiş olunacaq

“Yeddi gözəl” baleti Moskvada nümayiş olunacaq
  28 Yanvar 2021    Oxunub:6630
Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti fevralın 9-da Moskva Quberniya Teatrında nümayiş etdiriləcək. “Rus baleti” Dövlət Teatrının ifasında təqdim ediləcək tamaşa müəllifin anadan olmasının 103-cü ildönümümə həsr olunur.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bəstəkarın Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından olan Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında yazdığı əsərin növbəti nümayişi isə dahi şairin 880 illiyi münasibətilə 30 martda keçiriləcək.

Qeyd edək ki, 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi münasibətilə Moskvada məşhur balet ustası, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” Dövlət Teatrının ifasında “Yeddi gözəl” nümayiş olunmuşdu.

Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası 1952-ci ildə olub və ötən illərdə əsər bir çox məşhur teatr səhnələrində təqdim edilib. Bu əsərlə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulub. "Yeddi gözəl" ölkəmizdə balet janrının inkişafında mühüm rol oynamaqla bərabər, həmçinin Azərbaycan klassik musiqisində yeni mərhələ təşkil edir.

Azvision.az


Teqlər: Balet   Moskva   Yeddi-gözəl  





Xəbər lenti