Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışdı

   Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışdı
  27 Yanvar 2021    Oxunub:2298
2021-ci ilin 27 yanvar tarixində qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Nazir  





Xəbər lenti