Yeni lazer rabitə sistemi möcüzələr yaradır

Yeni lazer rabitə sistemi möcüzələr yaradır
  18 Fevral 2014    Oxunub:1863
Yeni lazer rabitə sistemi irihəcmli məlumatları bir saniyədə ötürməyə imkan verir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Lazer rabitə vasitələrindən irihəcmli informasiyaların böyük məsafələrə ötürülməsi üçün istifadə yaxın vaxtlaradək elmi fantastika hesab edilsə də, “NASA”-nın reaktiv hərəkət laboratoriyasının tədqiqatçıları ötən həftə Kaliforniyada lazer şüaları əsasında işləyən və məlumatları yüksək sürətlə ötürən sistemin prototipini nümayiş etdiriblər.

“NASA” mütəxəssisləri bildiriblər ki, lazerlər adətən məlumatları qısa zaman kəsiyində ötürdüyündən bu vaxt ərzində mümkün qədər daha çox məlumat ötürmək lazımdır.

Bunun üçün xüsusi olaraq uzunluğu 1,5, eni 3 sm olan “lazerli çip massivi” (Array on a Chip) yaradılıb. Çip informasiya alıcısı bir neçə nəfər olanda müstəqil şəkildə onu axtarıb tapır, eləcə də məlumatları kodlaşdıran lazer fotonların köməyi ilə infraqırmızı lazer spektrində ona ötürür. Bildirilir ki, burada qəbuledicinin və alıcının həssaslığı o qədər yüksəkdir ki, onlar məlumatları bir foton işıq şüalandırması dəqiqliyi ilə mübadilə edə bilərlər.
Mütəxəssislər həmçinin əlavə ediblər ki, işığın hopdurulmasından hazırda əsasən rəqəmli kameralarda istifadə edilir, lakin orada “CMOS” və ya “CCD” ötürücüləri onların üzərinə düşən işıqları foton kimi dəqiq sezə bilmir, halbuki yeni sistemin başlıca fərqləndirici cəhəti məhz şüalanmanın bir foton dəqiqliyi ilə hopdurulmasındadır.
Bunun sayəsində yeni sistem şüalanmanı tam hopdurur, ötürücü irihəcmli məlumatları müxtəlif polyarizasiyalı və vaxt oriyentirli fotonlar vasitəsilə ötürməyə imkan qazanır. Yeni sistem eyni anda bir cüt qəbuledici-ötürücü vasitəsilə dörd məlumat axınını ötürə bilir. Hazırda mövcud olan çiplər saniyədə on milyonlarla fotonu ötürə bilir, lakin potensial baxımdan yeni sistemləri saniyədə milyardlara foton əldə etmək üçün modernləşdirmək mümkünüdür.

Yeni sistem əvvəllər kosmosa çıxarılan “LLCD” (Lunar Laser Communication Demonstration) sisteminin əsasında qurulub. “LLCD” Yerə məlumatları 622 Mbit/saniyə sürətində ötürüb ki, bu da kosmosda əvvəlki məlumat ötürmə sistemlərindən təxminən altı dəfə sürətlidir.


Teqlər:





Xəbər lenti