"Direktorlar və müəllimlər arasında koronavirusdan ölüm halları olub" - Nazir

  22 Yanvar 2021    Oxunub : 2195
"Direktorlar və müəllimlər arasında koronavirusdan ölüm halları olub" -    Nazir
Müəllimlər və məktəb direktorları arasında koronavirusdan ölüm halları olub.
Azvision.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu əsasən yaşla bağlıdır və yaşlı insanlar arasında müşahidə edilib.

E.Əmrullayev qeyd edib ki, şagirdlər arasında koronavirusdan ölüm halı qeydə alınmayıb

Aytən Zəhra
Azvision.az

Teqlər: Müəllim   Koronavirus