Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək

   Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
  22 Yanvar 2021    Oxunub:2930
Repetitor fəaliyyəti ilə məşğul olan müəssisələrin fevralın 1-dən müvafiq say gözlənilməklə bərpası nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, bunlar təhsil xidməti göstərən sahibkarlıq subyekti kimi nəzərdə tutulur.

“Bu kursların 10 nəfərdən çox olmamaqla açılması nəzərdə tutulur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Repetitor   Müəllim  





Xəbər lenti