Müqəddəs Məryəm Ana Katolik Kilsəsi haqqında videoçarx

Müqəddəs Məryəm Ana Katolik Kilsəsi haqqında videoçarx
  21 Yanvar 2021    Oxunub:5823
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə video-çarx hazırlayıb.
Azvision.az xəbər verir ki, Müqəddəs Məryəm ana katolik kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu - polyak katolik kilsəsi inşa (memarı İ.K.Ploşko) edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb.

7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.



Azvision.az



Teqlər: Kilsə   Nazirlik  





Xəbər lenti