Yeni “Matrisa” gəlir: Warner Bros. bu il göstərəcəyi filmləri açıqladı - VİDEO

   Yeni “Matrisa” gəlir:    Warner Bros. bu il göstərəcəyi filmləri açıqladı -    VİDEO
  19 Yanvar 2021    Oxunub:1998
Warner Bros. studiyası öz youtube kanalında bu il yayımlayacağı filmlərin qısa anonsunu təqdim edib.
Anons edilən 17 filmin arasında Lana Vaçovskinin “Matrisa”, Klint İstvudun “Kişilərin göz yaşları”, həmçinin “Qodzilla Konqa qarşı”, “İntihar dəstəsi” kimi potensial bllokbasterlər var.



Bunlardan başqa, Warner Bros. “Tom və Cerri”nin yeni tammetrajlı filmini hazırlayıb.

Fikmlər böyük ekranda və “HBO Max” striminq xidmətində yayımlanacaqlar.

Təxmini vaxtlara gəlincə, “Qodzilla Konqa qarşı” mayda, “İntihar dəstəsi” avqustda, “Matrisa” dekabrda gözlənilir.

Tariyel


Teqlər: Kino   Premyera  





Xəbər lenti