Olimpiadada Almaniya birincidir
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 88 ölkədən 2 min 800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında Almaniya millisinin hesabında 7 qızıl, 3 gümüş və 2 bürünc medal var.
Norveç yığması 14 medalla (5-3-6) ikinci, İsveçrə millisi isə 7 medalla (5-1-1) üçüncü pillədə qərarlaşıblar.
XXII Qış Olimpiya Oyunlarında artıq 26 ölkədən idmançılar medal qazanıblar.
Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.