İstanbulda beynəlxalq güləş turnirindən VİDEO

İstanbulda beynəlxalq güləş turnirindən VİDEO
  16 Fevral 2014    Oxunub:1352
İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq güləş turniri başlayıb.
Fevralın 15-də İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq güləş turniri başlayıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 42-ci dəfə keçirilən turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandası da iştirak edir.

Turnirdə baş məşqçi Semyon Çterev və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 10 güləşçimiz iştirak edir. Heyətdə Yaşar Əliyev (57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Emin Əzizov (70 kq), İbrahim Yusifov, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Xetaq Qazyumov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıblar.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edir.

Yarışa fevralın 16-da yekun vurulacaq.




Teqlər:





Xəbər lenti