Maşınla vurulan piyada xəstəxanada ölüb

Maşınla vurulan piyada xəstəxanada ölüb
  16 Yanvar 2021    Oxunub:2168
Şəmkir rayonunda ölümlə nəricələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə yanvarın 15-də saat 19 radələrində rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb.

Çinarlı qəsəbə sakini V.Teymurov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Aşağı Seyfəli kənd sakini N.Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti