Voleybol üzrə qadınlar arasında ölkə birinciliyində daha bir oyun baş tutub.
AzVision.az Azərbaycan Voleybol Federasiyasına istinadən məlumat verir ki, bu gün IX tur çərçivəsində keçirilən görüşdə "Azərreyl" və "Telekom" üz-üzə gəliblər. İkincilərin turnir cədvəlində sonuncu yerdə olmalarına baxmayaraq, qarşılaşmma gözlənildiyi kimi onların ciddi müqaviməti ilə keçib. Bununla belə, daha güclü olan Aleksandr Çervyakovun yetirmələri qələbəni əldən verməyiblər.