`İnter`in baş məşqçisi `Simurq` üzərindəki qələbəni şərh etdi

`İnter`in baş məşqçisi `Simurq` üzərindəki qələbəni şərh etdi
  15 Fevral 2014    Oxunub:1421
Kaxaber Sxadadze: "Növbəti 3 oyunumuz mükafatçılar sırasına düşüb-düşməyəcəyimizi göstərəcək".
Premyer Liqanın 21-ci turuna “Simurq” – “İnter” oyunu ilə start verildi.

AzVision.az PFL-in saytına istiandən məlumatına görə, oyunun taleyini ikinci hissədə meydana daxil olan “İnter”li Dieqo Madriqal həll etdi. Kosta rikalının topa ilk toxunuşu qolla nəticələndi – 1:0.

Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçilər fikirlərini bildirib.

“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Vaqif Cavadovun yoxluğunun oyunlarına təsir etdiyini deyib: "Simurq”la Zaqatalada oyunlarımız həmişə çətin olur. Psixoloji cəhətdən bizim futbolçular oyuna daha yaxşı köklənmişdi . Bu da qələbə qazanmağımızda əsas rol oynadı. “Simurq” bundan öncəki oyunlarda məğlub olduğu üçün ilk üçlüyə düşmək şansları azalıb. Yaxşı oynadıq, ilk hissədə bir neçə qol imkanımız oldu, lakin son vuruşları dəqiq yerinə bilmədik. Vaqif Cavadov yoxluğu, Aleksandr İaşvilinin oyuna zədəli çıxması öz təsirini göstərdi, Əvəzetməmizin uğurlu olmasını qeyd etməliyəm, ilk toxunuşla qapıya qol vurdu. Növbəti 3 oyunumuz mükafatçılar sırasına düşüb-düşməyəcəyimizi göstərəcək".

“Simurq”un baş məşqçisi George Çixradze özünə bəraət qazandıracaq heç nə deyə bilməyəcəyini söyləyib: "Premyer Liqanın ikinci hissəsinə pis başladıq, ardıcıl üç oyundur ki, uduzuruq. Özümüzə bəraət qazandıracaq heç nə deyə bilmərəm. Amma məğlub olduğumuz oyunlarda qol buraxana kimi pis oynamırdıq. “Bakı” ilə oyunda buraxdığımız yeganə səhv qapımıza qolla nəticələndi. Çətin vəziyyətdəyik, bundan çıxmaq lazımdır. Oyuna görə məğlub olmalı deyildik. “İnter”lə hər bir oyunumuzda söz-söhbət ortaya çıxır.İlk yarıdakı iki oyunu Bakıda oynamışıq. Birində qalib gəlmişik, digərində heç-heçə etmişik. Bu gün isə məğlub olduq. Heyətlə bağlı onu deyə bilərəm ki, Osiakonun çox ciddi ailə problemi var, ona ölkəsinə getməyə icazə vermişik. Qırtımov vərəqə limitinə görə oyunu buraxırdı. Anderson son oyunda zədələndi, Kapsa son iki oyunda səhvlər etdi. Nəyisə dəyişmək lazım idi. Qapıda Amilə şans verdim, özünü pis tərəfdən göstərmədi. Polyakdan daha çoxunu gözləyirəm. O bu gün ehtiyatda idi, Kalonasa isə şans verdim. Komanda ona kömək edə bilsəydi Kalonas hücumda daha effektiv ola bilərdi. Bir vuruşu ilə qapıya qol vura bilər. Çeranın da oyundan öncəsi zədəsi var idi, oyunun gedişində məcburi dəyişikli etdik”.


Teqlər:





Xəbər lenti