Təhsil İnstitutuna yeni direktor təyin edilib

   Təhsil İnstitutuna yeni direktor təyin edilib
  07 Yanvar 2021    Oxunub:1883
Təhsil naziri Emin Əmrullayevin əmri ilə Rüfət Əzizov Təhsil İnstitutuna direktor təyin edilib.
Azvision.az -ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

R. Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Yaxın saatlarda Təhsil naziri Emin Əmrullayev Rüfət Əzizovu Təhsil İnstitutunun kollektivinə təqdim edəcək.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik   Təyinat  





Xəbər lenti