Bəstəkar Nailə Mirməmmədli vəfat edib

   Bəstəkar Nailə Mirməmmədli vəfat edib
  04 Yanvar 2021    Oxunub:5870
Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

Azvision.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva məlumat yayıb.
N.Mirməmmədli bu gün dünyasını dəyişib. Onun sözlərinə görə, 59 yaşlı bəstəkarın ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqişünas, dirijor, xormeyster, vokal, aranjeman, orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə" xorunda xormeyster və ansambl rəhbəri vəzifələrində çalışıb.

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi.

Azvision.az


Teqlər: Bəstəkar  





Xəbər lenti