“Amfibiya adam”ın qəhrəmanı vəfat etdi

 “Amfibiya adam”ın qəhrəmanı vəfat etdi
  02 Yanvar 2021    Oxunub:4333
"Amfibiya adam" filmində baş rolu oynayan aktyor Vladimir Korenev 81 yaşında vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə aktyorun qızı İrina Koreneva bildirib.

Korenev sovet və rus aktyorudur. 1940-cı ildə Sevastopolda anadan olub. "Amfibiya adam" filmində baş rolda çıxış etməsi ona populyarlıq qazandırıb. Filmin bəzi səhnələri Bakıda çəkilib.

Korenev daha sonra Stanislavski adına Moskva Dram Teatrında çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Amfibiyaadam  





Xəbər lenti