Rusiya səfirliyini partlatmaq istəyənlər tutuldu
Aksiya Rusiya hakimiyyətinin Suriya böhranında Bəşər Əsəd hakimiyyətini müdafiə etməsinə cavab olacaqdı. “Briqada”nın rəhbəri, “Əl-Qaidə2 ilə əlaqədə olan Naim Abbas artıq həbs olunub.
Bundan öncə, 2013-cü il noyabrın 19-da Beyrutdakı İran səfirliyi də partladılmışdı. Həmin vaxt 25 nəfər həlak olmuş, 150-dən artıq insan xəsarət almışdı. Aksiyaya görə məsuliyyəti öz üzərinə götürən “Əbdül Əzzam Briqadası” İran və onun müttəfiqlərinə qarşı mübarizə aparmaqda davam edəcəklərini bildirmişdilər.
Vüqar İsmayılov