"Vətən Sağ Olsun - 3 Xüsusi Tapşırıq" başa çatdı- VİDEO

"Vətən Sağ Olsun - 3 Xüsusi Tapşırıq" başa çatdı-   VİDEO
  29 Dekabr 2020    Oxunub:6975
"Vətən Sağ Olsun - 3 Xüsusi Tapşırıq" layihəsi başa çatıb.
Azvision.az xəbər verir ki, hərbi xarakterli layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, MZ production tərəfindən hazırlanaraq hər həftənin şənbə günü İctimai TV -də yayımlanırdı.

Layihəyə qoşulmaq üçün 4000-dən çox gənc müraciət etmişdi. Seçim turlarından keçən 10 gəncə "N" saylı hərbi hissədə hərbçilər tərəfindən təlimlər keçirildi və xüsusi çağırışçı olan bu gənclər hər həftə verilən tapşırıqları icra etdilər. Artıq yarış bitib və yarışın finalçıları məlumdur.

Bunlar -1-ci yer Nurlan Hüseynov, 2-ci yer Ceyla Nağızadə, 3-cü yer isə Pərviz Məmmədovdur. Onlar yığdıqları ballara əsasən seçiliblər. Qalib finalçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və pul mükafatları ilə təltif ediliblər. Tədbirdə həmçinin yarışda iştirak edən 7 gənc də diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.



Azvision.az


Teqlər: Vətən   Layihə  





Xəbər lenti