68 şəhidin 3,3 milyon manatlıq ipoteka krediti bağlandı

   68 şəhidin 3,3 milyon manatlıq ipoteka krediti bağlandı
  28 Dekabr 2020    Oxunub:1721
Müdafiə Nazirliyinin təqdim etdiyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısına əsasən, 68 şəhidin qalıq məbləği 3,3 milyon manat olan 70 ipoteka krediti üzrə öhdəliyi olub.
İpoteka və Kredit Zəmanət Fondundan Azvision.az -a verilən məlumata göörə, ölkə prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiqlənmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın tələblərinə uyğun olaraq, həmin kreditlər borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası şirkətləri tərəfindən sığortalanıb.

Bu günə həmin kreditlərin hamısı üzrə kredit öhdəliklərini müvafiq sığortaçılar tam bağlayıb.

Azvision.az



Teqlər: İpoteka   Şəhid  





Xəbər lenti