Simsiz enerji dövrü başlayır

Simsiz enerji dövrü başlayır
  13 Fevral 2014    Oxunub:1474
Simsiz enerji toplama sahəsində standartlar hazırlayan iki nəhəng təşkilat – “Alliance for Wireless Power” (A4WP) və “Power Matters Alliance” (PMA) əməkdaşlıq haqqında razılığa gələrək bir-birinin texniki spesifikasiyasını qəbul edib. İstehlakçılar üçün bu, gələcəkdə akkumulyatorları enerji ehtiyatı ilə “hava” ilə dolduran çoxsaylı qurğuların yaradılması deməkdir.
AzVision.az “Vesti.ru”- ya istinadən xəbər verir ki, “IHS Technology” şirkətinin analitiki Rayan Sandersonun sözlərinə görə, 2023-cü ilədək dünya bazarına tədarük edilən simsiz ötürücü və qəbuledicilərin həcmi 1,7 milyard qurğuyadək artacaq, halbuki 2013-cü ildə bu məhsulların tədarükü 25 milyona bərabər olub.

Lakin istənilən istehsalçının smartfonunu enerji ilə doldurmaq üçün vahid qurğudan istifadəyə hələ çox var. Birincisi, “A4WP” və “PMA” arasında tərəfdaşlıq o deməkdir ki, təşkilatlar müəllifi olduqları texnologiyalara görə bir-birinə irad tutmayacaq. Burada söhbət texnologiyaların bir-birinə uyğunluğundan getmir. İkincisi, universal enerji toplayıcısının yaradılmasına üçüncü tərəf – “Wireless Power Consortium” (WPC) təşkilatı mane olur. Çünki bu təşkilat özünün hazırladığı və “Nokia Lumia 920”, “HTC Droid DNA”, “Samsung Galaxy S III” və “Google Nexus 4” kimi qabaqcıl qurğularda dəstəklənən “Qi” standartını irəliyə çəkmək istəyir.

2012-ci ildə “Samsung”, “Qualcomm”, “Powermat” və digər şirkətlər tərəfindən yaradılan “A4WP” bir neçə smartfon və ya planşet kompüterə eyni anda enerji toplamağa imkan verən “Rezence” markalı maqnit-rezonans texnologiyasını inkişaf etdirir. İndiyədək bu texnologiya kommersiya elektronikasında həyata keçirilməyib. “PMA” batareyanı qurğu və enerji toplayıcısı arasında fiziki kontaktın tələb olunduğu elektromaqnit induksiyası üzrə doldurmağı təklif edir. Bu təşkilatın standartını “Starbucks”, “Google” və “McDonalds” şirkətləri, eləcə də xüsusi çexol istehsalçıları qəbul edib.

Bir müddətdən sonra “A4WP”, “PMA” və “WPC” təşkilatlarının əməkdaşlıq haqqında razılığa gələcəyi istisna edilmir. 2013-cü ildə bu sahədə müəyyən addımlar atılıb və bunun nəticəsində bəzi nəhəng şirkətlər eyni anda bir neçə təşkilatın tərkibinə daxil olmağa başlayıb. Məsələn, “Qualcomm” şirkəti həm “WPC”, həm də “PMA” təşkilatına qoşulub, “Samsung” isə “PMA”ya üzv olub.


Teqlər:  





Xəbər lenti