Soçi Olimpiadasında Rusiya ümidləri doğrultmur

Soçi Olimpiadasında Rusiya ümidləri doğrultmur
  12 Fevral 2014    Oxunub:1010
Ümumi medal sayında şimal qonşumuz 7-ci pillədə qərarlaşıb.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Olimpiya Oyunlarına ev sahibliyi edən Rusiya Olimpiadanın geridə qalan 5 günü ərzində yalnız 1 qızıl medal qazanıb.

Bundan başqa Rusiya yığmasının aktivində 3 gümüş və 3 bürünc medal var. Liderlər siyahısına isə Almaniya yığması başçılıq edir. Bu gün daha 2 qızıl medal qazanan Almaniya ümumilikdə, 5 qızıl və 1 gümüş medala sahib olub. Onun ən yaxın təqibçisi Norveç yığmasının isə 4 qızlı 3 gümüş, 5 bürünc medalı var.

Kanada 4 qızıl, 3 gümüş, 2 bürünc medalla komanda sıralamasında 3-cü yerdə qərar tutub. 4-cü və 5-ci pillələrdə qərarlaşan Hollandiya və İsveçrə hərəyə 3 qızıl sahibi olsalar da, Hollandiyanın aktivindəki 2 gümüş medal onu 4-cü pilləyə yerləşdirib.

Digər iddialı iştirakçılardan Amerika Birləşmiş Ştatları isə 2 qızıl, 1 gümüş, 4 bürünclə Rusiyanı 1 pillə qabaqlayaraq 6-cı yerdə qərar tutub.

AzVision.az


Teqlər:  





Xəbər lenti