Xarici universitetlərin siyahısı təsdiqləndi

Xarici universitetlərin siyahısı təsdiqləndi
  12 Fevral 2014    Oxunub:23207
Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası Rəhbəri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2014/2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısını təsdiq edib.
AzVision.az-a Təhsil Nazirliyindən verilən məlumata görə, bu sənəd fevral ayının 10-da təsdiqlənib.

Sənəddə göstərilir ki, azərbaycanlı tələbələr dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil ala bilərlər. Həmin ölkələrin siyahısını təqdim edirik:

ABŞ (Yalnız bakalavrdan sonrakı təhsil səviyyələri üzrə təhsil nəzərdə tutulub)
Almaniya
Avstraliya
Avstriya
Belarus
Belçika
Bolqarıstan
Birləşmiş Krallıq
Çexiya
Çin
Estoniya
Finlandiya
Fransa
Hindistan
İspaniya
İsveç
İsveçrə
İtaliya
Kanada
Koreya Respublikası
Latviya
Litva
Macarıstan
Malayziya
Niderland Krallığı
Norveç
Polşa
Rusiya Federasiyası
Sinqapur
Türkiyə
Ukrayna
Yaponiya
Yeni Zelandiya

Eyni zamanda sənəddə göstərilir ki, Belarus, Estoniya, Latviya və Litva respublikalarında fəaliyyət göstərən ali təhsil müəssisələrinə yalnız 2013/2014-cü tədris ilindən etibarən müvafiq qaydada daxil olmuş tələbələrin təhsilinin maliyyələşdirilməsi təmin edilə bilər.

Universitetlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti