Dələduz direktor müavininin işi məhkəmədə
Bildirilib ki, Ələmdar Əliyevin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaqla Ə.Əliyevin aldatma yolu ilə Ağcabədi rayon sakinlərindən onları və ya övladlarını kollecə qəbul etdirəcəyi adı altında illik təhsil haqqı, imtahanlar və diplom üçün ümumilikdə 7 min 500 manat məbləğində vəsaiti ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.
AzVision.az