İranda 4 `qadın` futbolçu kişi çıxdı

İranda 4 `qadın` futbolçu kişi çıxdı
  10 Fevral 2014    Oxunub:1535
İranın Qadınlardan ibarət Futbol Liqasının oyunçularını qadın cinsinə məxsus olmalarının müəyyən etmək üçün icbari şəkildə bioloji testlər keçirəcək.
AzVision.az İngiltərənin “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, federasiya ilk olaraq qadın futbolçuların təsadüfi yoxlamalarını təşkil edəcək. Bu qərar ölkənin qadınlardan ibarət yığma komandasının 4 üzvünün bioloji baxımdan kişi olması müəyyən edildikdən sonra başlamışdı.

“Cinsin dəyişdirilməsi ilə bağlı əməliyyatlar qanunidir. Bununla bağlı 1979-cu il İslam inqilabının lideri, Ayətullah Ruhulla Xomeyninin dini fətvası var”-deyə rəsmi məlumatda deyilir.
“The Telegraph”ın yazdığına görə, həkimlər məşqlərə qəfildən gəlməli və təsadüfi seçdikləri qadın futbolçuların bioloji cinsini müəyyən etməlidirlər.

Bioloji baxımdan qadın olmayan və cinsini dəyişmək prosesində olanlar oyunlara buraxılmayacaqlar.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti