Alimlər iynəsiz şprislər hazırlayıb

Alimlər iynəsiz şprislər hazırlayıb
  10 Fevral 2014    Oxunub:3956
Yaxın vaxtlarda əzələdaxili inyeksiyalar iynəsiz və tam ağrısız həyata keçiriləcək.
Massaçusets Texnoloji Universitetinin hazırladığı xüsusi qurğu çox kiçik reaktiv axın vasitəsilə dərman preparatlarını əzələnin müxtəlif səviyyələrinə çatdıra bilir. Bu zaman iynədən istifadə etmək üçün ehtiyac olmur.

Yaradıcıların sözlərinə görə, yeni qurğu ənənəvi şprislərdən bir sıra üstünlüklərə malik olacaq. İlk növbədə, xəstələrdə belə iynəsiz inyeksiyalarda hər hansı ağrı hissi olmur. Bundan başqa əzələlərin reflektor olaraq gərilməsi və iynə ucunun qırılması kimi problemlər aradan qalxır. İnyeksiya üçün yeni konstruksiyalı qurğu dərmanı kənardan yardım olmadan qəbul etmək istəyən insanlar və həkim-pediatrlar üçün çox faydalı olacaq.

Massaçusets institutunun mütəxəssisləri tərəfindən hazırlanan qurğu dərmanı, bir ağcaqanad sancması zamanı dəridə açılan dəlik sahəsinə bərabər bir sahədə çox yüksək sürətlə (səs surətinə yaxın) və təzyiqlə orqanizmə yeridir. Lakin bu zaman heç bir ağrı hiss olunmayacaq.

Bu gün artıq iynəsiz şprisin ilk versiyasının hazırlanması yekunlaşmaq üzrədir. Belə şprislər dərmanın yeridilmə sürəti, axının eni və s. parametrləri tənzimləməyə imkan verəcək.

Məlumdur ki, hazırda dərmanın iynəsiz dərialtına yeridilməsi üçün müxtəlif vasitələrdən istifadə olunur. Müasir tibb elmi böyük ölçüyə malik və dəriyə nüfuz edə bilməyən protein və molekullardan geniş istifadə edir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti