Avstriyalı xizəkçi Olimpiya çempionu oldu
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Olimpiya Oyunlarının üçüncü günündə Avstriya xizəkçisi Mattias Mayer Olimpiya çempionu adını qazanıb.
Xizəklə sürətli yürüş idman növündə 2 dəqiqə 6 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayan M.Mayer fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qalibdən 6 mikrosaniyə geri qalan italiyalı Kristof İnnerxofer gümüş medalla kifayətlənib.
Mötəbər yarışın bürünc medalına isə Norveç xizəkçisi Xetil Yansurd sahib olub.
“Vankuver-2010” Qış Olimpiya Oyunlarında xizəklə sürətli yürüş idman növündə bürünc medal qazanmış norveçli Aksel Lund Svindal Soçidə dördüncü pillədə qərarlaşıb.