Bir oyunda 5 qol

Bir oyunda 5 qol
  09 Fevral 2014    Oxunub:1894
Qusarın “Şahdağ” futbol klubunun oyunçusu bir oyunda 5 qol vurub.
Futbol üzrə Azərbaycan I divizionunda 16-cı turun növbəti oyunları keçirilib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Qusarın “Şahdağ” komandası “Göyəzən”lə qarşılaşmada 6:0 hesabı ilə qalib gəlmişdir. Bu oyunda Sərxan Ağayev komandasının vurduğu qollardan 5-nin müəllifi olub.

Günün digər qarşılaşmalarına “Lokomotiv” öz meydanında “Karvan”a 2:5 hesabı ilə məğlub olub. Gəncənin “Kəpəz” komandası “Mil-Muğan”la görüşdən 2:0 hesabı ilə qalib ayrılıb.

“Şuşa” komandası isə “Turan-T” kollektivi ilə 2:2 hesab ilə heç-heçə oynayıb.


Teqlər:





Xəbər lenti