Blatter yenidən prezidentlik eşqinə düşüb

Blatter yenidən prezidentlik eşqinə düşüb
  08 Fevral 2014    Oxunub:1825
FIFA prezidenti Zepp Blatter ali futbol qurumunun rəhbəri vəzifəsinə keçiriləcək seçkilərdə yenidən iştirak etməyi düşünür.

AzVision.az "İnterfaks"a istinadən verdiyi məlumata görə, Z.Blatter səhhəti imkan verəcəyi təqdirdə seçkilərə qatılacağını bildirib: "İndiki kimi sağlam olsam, işimi dayandırmağa bir səbəb görmürəm".

FIFA prezidenti vəzifəsinə növbəti seçkilər 2015-ci ildə keçiriləcək. 77 yaşlı isveçrəli artıq 16 ildir ali futbol qurumuna rəhbərlik edir.

Təşkilatın baş katibinin sabiq müavini fransalı Jerom Şampan da namizədliyini irəli sürəcəyini deyib.


Teqlər:





Xəbər lenti