Qış Olimpiadası başlayır

Qış Olimpiadası başlayır
  06 Fevral 2014    Oxunub:2293
Fevralın 7-dən 23-ə kimi davam edəcək oyunlarda 88 ölkənin təmsilçisi mübarizə aparacaq.

2007-ci il iyulun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilən toplantısında Soçi 2014-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ əldə etdi. Bu mübarizədə Soçi Avstriyanın Zalsburq və Cənubi Koreyanın Pxençxan şəhərlərinə qalib gəlib.

Oyunlara hazırlıq məqsədilə ümumilikdə 37,5 milyard avro yaxud 50 milyard dollar vəsait xərclənib. Bura həm özəl investorlar, həm də dövlət büdcəsindən ayrılan vəsaitlər daxildir. Maliyyənin əsas hissəsi Olimpiya obeyktlərinin, mehmanxanaların, yol infrastruktunun təşkili və təhlükəsizliyin təmin olunmasına xərclənib. Ümumilikdə, oyunlarıda ictimai təhlükəsizliyi təmin etmək üçün 70 min hüquq-mühafizə orqanı şəhərdə keşik çəkəcək. Onların 40 mininin polis, 30 min nəfərinin isə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğu bildirilir. Ümumilikdə, oyunlar müddətində şəhərə 1,2 milyon turistin gələcəyi gözlənilir.

2013-cü ilin yayında ölkədə qəbul olunan yeni qanunla homoseksuallığın yetkinlik yaşına çatmayan şəxslər arasında təbliğinə görə cinayət məsuliyyəti tətbiq olunmağa başlamışdı. Bu isə Soçiyə gələcək bir sıra ölkələrin, xüsusən Avropa dövlətlərinin narahatçılığına səbəb olmuşdu. Ölkədə homoseksualların hüquqlarının məhdudlaşdırıldığı fikrində olan bir sıra ölkə başçıları Soçi Olimpiya Oyunlarının açılış mərasiminə qatılmayacaqlarını bildiriblər.

Almaniyanın federativ prezidenti Yoahim Hauk Rusiyada insan hüquqlarının pozulduğuna görə, Olimpiya Oyunlarınının açılış mərasimnə qatılmayacağını bildirdi.

Avropa İttifaqının ədliyyə, fundamental hüquq məsələləri üzrə komissiya sədrinin müavini Vivan Redinq cinsi azlıqların hüquqlarının pozulmasınına görə, Soçiyə gəlməkdən imtina edib.

Fransa prezidenti Fransua Olland, Xarici İşlər naziri Loran Fabius və digıər fransalı dövlət xadimləri Soçiyə gəlməyəcəklər.
Belçikanın baş naziri Elio de Rupo iş qrafikinin uyğun gəlməməməsi səbəbindən Soçiyə gedə bilməyəcəyini jurnalistlərə açıqlayıb.

ABŞ prezidenti Barak Obama və vitse-prezident Cozef Bayden isə gərgin iş qrafikinə görə, Rusiyaya təşrif buyura bilməyəcək şəxslər arasındadır.

Litva, Estoniya, Polşa prezidentləri, Böyük Britaniya, Kanada və Belçika baş nazirləri də müxtəlif səbəblərdən Rusiyaya təşrif buyura bilməyəcəkəlrini açıqlayıblar.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti