Ötən il metro gün ərzində 650 min sərnişin daşıyıb

Ötən il metro gün ərzində 650 min sərnişin daşıyıb
  07 Noyabr 2020    Oxunub:1402
Bu gün dünyada bütün böyük şəhərlərin nəqliyyat sisteminin şah damarı məhz metro hesab olunur.
Bu barədə Azvision.az -a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd olunub ki, sürət, vaxta qənaət, hərəkət intensivliyi, mobillik, daşıma imkanlarına görə və müasir meqapolislərin əsas probleminə çevrilən tıxacların azaldılması baxımından metro ilə heç bir ictimai şəhər sərnişindaşıma nəqliyyatı müqayisə oluna bilməz.

Bildirilib ki, şəhər ictimai sərnişindaşıma nəqliyyatında 30 faizə yaxın pay sahibi olan metropoliten, 2019-cu ilin yekunlarına əsasən, gün ərzində orta hesabla 650 minə yaxın sərnişinə xidmət göstərib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bakı   Metro  





Xəbər lenti