Keçmiş məhkumdan "beşbarmaq" götürüldü

Keçmiş məhkumdan "beşbarmaq" götürüldü
  04 Noyabr 2020    Oxunub:1889
Neftçala rayon sakindən soyuq silahlar və narkotik vasitələr aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Zamanovun idarə etdiyi ”Kia” markalı avtomobilə baxış zamanı oradan 1 ədəd “beşbarmaq”, 1 ədəd bıçaq, 3 qramdan artıq metamfetamin və 8 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti