İki maşın toqquşdu, 8 nəfər yaralandı

İki maşın toqquşdu, 8 nəfər yaralandı
  02 Noyabr 2020    Oxunub:1449
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Nəsimi rayonunun A.Salamzadə küçəsində Laçın rayon sakini Ehtiram Qarayevin idarə etdiyi “Mercedes” və Goranboy rayon sakini K.Şirinovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Nəticədə E.Qarayev hadisə yerində ölüb, 5 sərnişini, eləcə də digər sürücü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti