Bakı sakinini döyüb qarət etdi

Bakı sakinini döyüb qarət etdi
  02 Noyabr 2020    Oxunub:1426
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Ələkbərov rayon ərazisində bir nəfərin onu döyüb bıçaqla hədələyərək 235 manat dəyərində qol saatını və cibində bank kartı olan gödəkçəsini aldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti