Magistr olmaq istəyənlərə mühüm XƏBƏR

Magistr olmaq istəyənlərə mühüm XƏBƏR
  05 Fevral 2014    Oxunub:1416
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi (TQDK) 2014-cü ildə keçiriləcək imtahanlarının və tədbirlərin ilkin plan-qrafikini açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu - 11-20 fevral arasında keçiriləcək.

Magistraturaya qəbul imtahanı 1-ci mərhələsi 02 mart, 2-ci mərhələsi isə 25 mayda olacaq. Magistraturaya proqram seçimi isə 01-05 may tarixlərində aparılacaq. Magistraturaya ixtisaslaşma seçimi- 29 may – 01 iyunda olacaq.

Komissiyadan verilən məlumata görə, rezidenturaya qəbul imtahanınin 1-ci mərhələsi 30 mart, 2-ci mərhələsi 27 iyulda keçiriləcək.Rezidenturaya ixtisaslaşma seçimi isə 29-31 iyul tarixlərində aparılacaq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti