Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
  28 Oktyabr 2020    Oxunub:8038
Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli vəfat edib.
Bu barədə Azvision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Etibar İsmayıl oğlu Qasımbəyli 23 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub. O, 2010-cu ildən 2020-ci ilədək Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında repetitor vəzifəsində çalışıb.

2011-ci ildə Əməkdar artisti fəxri adına layiq görülüb.

Azvision.az


Teqlər: Əməkdarartist  





Xəbər lenti