Bakıda 554 küçə dezinfeksiya edildi

Bakıda 554 küçə dezinfeksiya edildi
  25 Oktyabr 2020    Oxunub:2578
Son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq oktyabrın 24-ü və 25-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə, prospekt və yollarda, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 xüsusi texnikası və 2000-dən çox işçinin köməyi ilə artıq 15-i dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, görülən bu işlər paytaxt sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin kollektivi işğaldan azad ediləcək Şuşa şəhərində də dezinfeksiya tədbirlərini aparmağa hazırdır.

Azvision.az


Teqlər: Dezinfeksiya   Küçə   Yol   Bakı  





Xəbər lenti