Erməni təbliğatının Azərbaycandakı desantı

   Erməni təbliğatının Azərbaycandakı desantı
  22 Oktyabr 2020    Oxunub:14639
Vətən müharibəmiz başlayandan bəri bir neçə nəfər var ki, hər kəs onların haqqında dönə-dönə hiddətlə “Axı bununla bağlı niyə tədbir görülmür?!” sualını verir. Həmin adamlar isə özlərinə qoyulmaq əvəzinə, getdikcə daha da əndazəni aşırlar.
Vəziyyət elə həddə çatıb ki, artıq bu bir neçə adamın həbsi onların özləri üçün daha yaxşı olardı, çünki belə davam edərsə, bir gün sadə insanlar dözməyib, onları linç edə bilərlər. Müqəddəs savaş aparan xalqın qutsal hisslərilə heyvərəcəsinə oynamaq olmaz. Bütün ölkə Vətənin azadlığına sevinib, itkilərimiz üçün göz yaşı axıdarkən, bu nadürüstlər açıq-aşkar şəhidlərimizi təhqir edir, müharibəni guya xalqa yox, hakimiyyətə lazım olan kampaniya kimi göstərir, insanları savaşa qarşı çıxmağa səsləyirlər.

Onların kim olduğunu sosial şəbəkə istifadəçiləri yaxşı bilirlər, amma hər halda, bir daha xatırladaq: Qiyas İbrahim, Nərmin Şahmarzadə, Vəfa Nağı... Və daha bir neçə maskalanmış xain. Özlərini guya “pasifist” kimi qələmə verib, əslində Azərbaycanın Vətən Müharibəsinə, Haqq Savaşına qarşı kampaniya aparanlar.

Faktik olaraq, bu adamlar Erməni təbliğat maşınının Azərbaycanın daxilindəki xüsusi təyinatlı qruplaşması vəzifəsini yerinə yetirirlər. Bunların hamısının etdikləri elə əvvəlcədən dözülməz olsa da, getdikcə xəyanətin, alçaqlığın dozası daha da artır. Və budur: Qiyas İbrahim artıq çəkinmədən ermənilərə Azərbaycanla necə döyüşmək lazım gəldiyi haqda strateji məsləhət verir, başa salır ki, “Əliyevin əl-qolunu bağlamaq” və Azərbaycanı danışqlara məcbur etmək üçün necə davranmaq lazımdır.



Onun “tərəf-müqabili” Hayk Tiqranyan kimdir bəs? Bəlkə o da erməni pasifistidir, müharibə istəməyənlərdəndir?! Əsla. Hayk Tiqranyan – Azərbaycanı viran qoymağın tərəfdarı kimi çıxış edən aqressiv erməni millətçisi, xüsusi hazırlanmış blogerdir. Gecə-gündüz durmadan erməni tərəfdən müharibə təbliğatı aparır. Nəzəri cəhətdən onu Qiyas İbrahim ilə birləşdirən heç nə olmamalı idi... Amma praktik olaraq varmış! Bu isə o deməkdir ki, söhbət heç də bunların qələmə verdikləri kimi “pasifizmdən” getmir. Bu, artıq açıq-aşkar Vətənə və Xalqa xəyanətdir.

Bu xainlər “pasifizm”, “no war” deyə-deyə şəhidlərimizi təhqir edirlər, Vətənin namusu üçün qurban gedən Azərbaycanlı gənc ilə işğalçı əsgəri bir tuturlar – dözürük. Vətən müharibəsinin lazımsız olduğunu deyirlər – dözürük. Xalqın qəzəbini düşməndən yayındırıb, öz rəhbərliyinə yönəltməyə çalışırlar – dözürük... Halbuki, onları susdurmaq ən azı şahid ailələrinin qarşısındakı borcumuzdur.

Soruşa bilərziniz: Bəlkə onlar doğrudan da, ideoloji pasifist, humanistdirlər, insanların ölməsini istəmirlər və Bəşəri dəyərlər uğrunda mübarizə aparırlar?! Qətiyyən . Onlara öz paylaşımlarının altında minlərlə insan min dillə izah edir, başa salır, sadəcə, özlərini qanmazlığa vururlar! Demək ki, qandıqları dildə danışmağın vaxtıdır.

Bu adam həbsdə olanda hamı soruşurdu ki, “O, niyə həbsdədir?!” İndi isə hamı qəzəblə soruşur: “O, niyə azadlıqdadır?!”
Nəticəni özünüz çıxarın.

Vüsal Məmmədov



Teqlər: Xainlər  





Xəbər lenti