AYB-də kadr islahatlarına başlandı

AYB-də kadr islahatlarına başlandı
  03 Fevral 2014    Oxunub:1355
Azərbaycan Yazıçılar Birliyində (AYB) qurultay öncəsi islahatlar aparılıb. Gənclər Şurasına yeni gənclər qəbul edilib və əvvəlki rəhbərlik dəyişilib. Bundan öncə Gənclər Şurasının sədri Elçin Hüseynbəyli, müavini isə Aydınxan Əbilov idi.

Dəyişiklikdən sonra sədr gənc şair Elşad Ərşadoğlu, müavini isə AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza olub. Bu barədə Azvision.az-a danışan Xəyal Rza bu qərarı vaxtında atılmış addım hesab edib:

“AYB hər zaman gənclərə üstünlük verən bir təşkilat olub. Bu gün də belədir. Bu il Azərbaycan Yazıçılar Birliyi həm qurultaya, həm də 80 illik yubileyinə hazırlaşır. Qurultay ərəfəsində Gənclər Şurasının yeni tərkibinin formalaşdırılması, düşünürəm ki, tam zamanında atılmış bir addımdır. Gənclər Şurasının yeni tərkibi tanınmış və istedadlı gənclərdir.”

Şura sədrinin müavini şura üzvlərinin qurultayda aktiv iştirakçı olacaqlarını da bildirib:

“Eyni zamanda da Gənclər Şurasının üzvləri qurultayda qurultay nümayəndələri olaraq iştitrak edəcəklər.

Yeni tərkib formalaşan kimi "Ali məktəbdə ədəbiyyatın təbliği və müasir ədəbi prosesdə gənclərin rolu" mövzusunda Dəyirmi Masa təşkil olundu.

Dəyirmi Masada ondan çox ali məktəbin tələbə - gənclər təşkilatlarının sədr və sədr müavinləri iştirak etdilər və ciddi müzakirələr oldu.
Bundan sonra da Gənclər Şurası yeni layihələr həyata keçirəcək”.

Emin


Teqlər:  





Xəbər lenti