Mustafa Dənizli özəl təyyarə ilə İstanbula aparıldı

Mustafa Dənizli özəl təyyarə ilə İstanbula aparıldı
  03 Fevral 2014    Oxunub:1167
“Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisi Mustafa Dənizlinin səhhətindəki nasazlıqlara görə İstanbula göndərilib.
AzVİsion .az türk mətbuatına istinadən xəbər verir ki, baş məşqçi özəl təyyarə ilə bu gün səhər saatlarında Türkiyəyə göndərilib.

Qeyd edək ki, M.Dənizli ötən gün komanda ilə birgə məşqi zamanı səhhəti pisləşib və Bakıda yerləşənı Gömrük Xəstəxanasına aparılıb.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məşqçinin səhhətinin yaxşı olduğunu bildirərək, qeyd edib ki, müayinələr üçün İstanbula göndərilib.

AzVİsion.az


Teqlər:  





Xəbər lenti