Üç piyada yol qəzalarının qurbanı oldu

Üç piyada yol qəzalarının qurbanı oldu
  17 Oktyabr 2020    Oxunub:2508
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 16-da saat 14 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini F.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Sevil Bəşirovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bundan başqa, oktyabrın 16-da saat 19 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini T.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Piyada xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.

Eyni zamanda oktyabrın 16-da saat 13 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini E.Əsgərovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini E.Səmədovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuş, sonradan E.Səmədov idarəetməni itirərək yolun kənarında olan şəhər sakini Məsumə İslamovanı vurubr. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti