Daha 55 şagird koronavirusa yoluxub

   Daha 55 şagird koronavirusa yoluxub
  16 Oktyabr 2020    Oxunub:2965
Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı son sutkaya olan vəziyyəti açıqlayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 15, işçi heyətinin sayı 2 olub.

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 55, işçi heyətinin sayı 21 nəfər təşkil edib. Bundan başqa, son sutka ərzində kronavirusa yoluxmaya görə, 6 sinif və 10 məktəb distant təhsilə keçib.

Qeyd edək ki, bu günə qədər ümumilikdə 65 sinif və 47 məktəb distant təhsilə keçib.


Azvision.az


Teqlər: Koronavirus   Şagird  





Xəbər lenti